Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:03

- Eyvaz Zeynalovun “Qanun” nəşriyyatında yeni kitabı – “Ömrə atılan daş” adlı romanı çap olunub.

Romanında sadə bir ailə başçısının, İsmayıl kişinin keşməkeşli həyatı, başına gələn müxtəlif hadisələr təsvir edilib.

Hər şey günlərin bir günü İsmayıl kişinin evinin üstünə atılan bir daşla başlayır. Bu qəribə daşatma vaxtaşırı təkrar olunur. Ailə üzvlərinin hamısının dincliyini pozur.

Ailə başçısı kimi İsmayıl kişi daha artıq narahatlıq keçirir. Həyatını başdan ayağa gözünün qabağına gətirir. Kimə, hansı pisliyi edib-etmədiyini xatırlamağa, bu daşın kimin tərəfindən, niyə atıldığını tapmağa çalışır...

Kitab artıq Bakının kitab mağazalarında satışdadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG