Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:37

Deputatlığa namizədlərin qeydiyyatı başlayır


Oqtay Əsədov səs verir.
Oqtay Əsədov səs verir.

-

Sentyabrın 12-dən namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyalarına təqdim edilməsinə başlanır.

Noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə bağlı Təqvim Planına əsasən, namizədin seçki sənədlərini özü və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.

Dairə seçki komissiyası sənədləri qəbul etdikdən sonra 7 gün müddətində imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlayacaq və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edəcək.

Proses oktyabrın 2-si saat 18:00-da yekunlaşacaq.

XS
SM
MD
LG