Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:40

-

ABŞ prezidenti Barack Obama bildirib ki, Moskva Bashar Assad-ı müdafiə etməkdə səhvə yol verib.

Sentyabrın 11-də prezident Obama amerikalı hərbçilərlə görüşündə deyib ki, Rusiyanın Assad-ı müdafiə etmək üçün səylərini artırması strategiyası yanlış idi.

Bu ərəfədə ABŞ mətbuatında Rusiyanın Suriyaya hərbi dəstəyini artırması barədə məlumatlar yayılıb.

Barack Obama deyib ki, Moskva münaqişənin siyasi həllinin tapılması yollarını pozub və bu, Suriyada sülhün bərpası üçün siyasi qərarlar əldə edilməsinə mane olur.

Rusiya tərəfi Suriyaya «İslam Dövləti» adlı yaraqlılarla mübarizə aparması üçün yardım göstərdiyini bəyan edib.

Rəsmi Moskva Suriya hökumətinə hərbi yardım kimi «arzuolunmaz hallar»ın qarşısını almaq üçün ABŞ və Rusiya arasında əlaqələrin bərpasına çağırıb.

Sentyabrın 11-də Moskvada mətbuat konfransı keçirən xarici işlər naziri Sergei Lavrov deyib ki, Bahsar Assad-a «İslam Dövləti» yaraqlıları ilə mübarizə aparmaq üçün kömək ediblər.

Rusiya hərbçilərinin Suriya əsgərlərinə hərbi təlim keçməsi ilə bağlı məlumatları şərh edən Lavrov deyib ki, onlar beynəlxalq hüquq normalarına uyğun olaraq çoxdan planlaşdırılmış hərbi dəniz təlimləri keçiblər. Ancaq nazir onu da bildirib ki, ABŞ və onun müttəfiqləri ölkənin bəzi yerlərində hava hücumları apardığından iki ölkə arasında ziddiyyətlər yaranıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG