Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:43

-

«Apple» yeni modelləri «iPhone 6S» və «iPhone 6S Plus»u tanıdan kimi «Samsung» yeni reklam çarxını yayımlayıb rəqibinə atmaca atdı.

Maraqla gözlənilən «Apple»ın təqdimatı sentyabrın 9-da baş tutdu. Bir çoxları təxmin edirdi ki, şirkət yeni smartfonlarla simsiz şarj funksiyasına keçəcək. Ancaq gözləntilər boşa çıxdı. Şirkət belə bir funksiya tanıtmadı.

«Samsung» şirkəti fürsətdən yararlanıb qısa müddət sonra bir reklam çarxı təqdim etdi. «Samsung» bu reklamda rəqibinə simsiz şarjla bağlı atmaca atıb.

Şirkət simsiz şarj funksiyasını qabardaraq, «Apple»ın «Bir «iPhone»nun yerini ancaq başqa bir «iPhone» tuta bilər» şüarına da «O bir telefon deyil, o bir «Galaxy»» sloqanıyla cavab verib.

Şərhləri göstər

XS
SM
MD
LG