Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:40

Evə ildırım düşüb


Foto illüstrasiya
Foto illüstrasiya

-

Balakəndə fərdi yaşayış evinə ildırım düşüb. Ev külə dönüb, ev sahibi və onun körpə övladı yanıq xəsarəti alıblar.

APA xəbər verir ki, sentyabrın 12-də səhər saatlarında Balakənin Gərəkli kəndində Teymur Xipiyevə məxsus evə ildırım düşüb. Nəticədə ümumi sahəsi 156 kv/m olan 4-otaqlı evdə yanğın başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər gəlsə də, ev yanaraq yararsız hala düşüb.

Yanğın zamanı ev sahibi Teymur Xipiyev və onun körpəsi müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

XS
SM
MD
LG