Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:02

Rusiyalı rejissor ən yaxşı Avropa filmi mükafatı alıb


Aleksandr Sokurov

Aleksandr Sokurov

- Avropa və Aralıq dənizi Kino tənqidçiləri Federasiyası (FEDEORA) 72-ci beynəlxalq Venesiya Film Festivalının müsabiqə proqramında Aleksandr Sokurovun "Frankofoniya" filminə ən yaxşı Avropa filmi mükafatı verib.

"Frankofoniya" mürəkkəb filmdir, Avropa mədəniyyətini heyrətamiz, zidiyyətli, poetik manerada təqdim edir - FEDEORA təşkilatından Rusiya mətbuatına deyiblər.

Film 1940-cı ildə almanlar Parisi işğal edəndə Luvrdan şah əsərlərin xilas edilməsi haqdadır. Filmdə dokumental xronikadan geniş istifadə olunur.

Venesiya Festivalında Sokurovun bu filmi tamaşaçı çoxluğuna görə də liderlik etməkdədir. Venesiya Film Festivalı 12 sentyabra qədər davam edəcək.

Filmin rəsmi treyleri

Günün bütün mövzuları

XS
SM
MD
LG