Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:53

ABŞ boyunca 11 sentyabr anılıb


2001-ci ilin 11 sentyabrında iki təyyarənin Dünya Ticarət Mərkəzinin qoşa göydələnlərinə çırpıldığı iki an Nyu Yorkda sükutla anılıb.

2001-ci ilin 11 sentyabrında iki təyyarənin Dünya Ticarət Mərkəzinin qoşa göydələnlərinə çırpıldığı iki an Nyu Yorkda sükutla anılıb.

2001 və 1993-cü il hücumları qurbanlarının ailələri ölənlərin adlarını oxuyublar.

Bu hücum nəticəsində 3000 insan həlak olmuşdu.

Üçüncü təyyarənin düşdüyü Pentaqonda bayraqqaldırma mərasimi keçirilib. Burada 183 nəfər həyatını itirmişdi.

Pensilvaniyada dördüncü təyyarənin düşdüyü Şanksvildə keçirilən xatirə mərasimində mülki müdafiə naziri Jeh Johnson deyib ki, təyyarə sərnişinləri öz həyatları bahasına minlərlə insanın həyatını xilas ediblər.

Ağ Evdə keçirilən mərasimdə prezident Obama və birinci ledi bir anlıq sükut ediblər.

Nyu Yorkda keçirilən xatirə mərasimində qubernator Andrew Cuomo deyib:

“Adamlar başa düşmürlər ki, ildönümləri şirinli-acılıdır. Hər şey yenidən qayıdır”.

XS
SM
MD
LG