Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58

Beynəlxalq Miqrasiya təşkilatının məlumatına görə, bu il Aralıq dənizindən rekord həddə- 432 min 761 nəfər qaçqın və miqrant keçdiyini bəyan edib.

Bu 2014-cü illə müqaisədə 2 dəfədən də artıq çoxdur.

Təşkilatın sentyabrın 11-də yaydığı məlumata görə, həftənin əvvəllərindən dənizlə Yunanıstana 309 min 356, İtaliyaya 121 min 139, İspaniyaya 2 min 166, Maltaya isə 100 qaçqın gəlib.

Bu İkinci Dünya Müharibəsindən bu yana ən böyük qaçqın axınıdır.

BMT-nin qaçqınlar üzrə idarəsi həftənin əvvəllərində donor ölkələrdən 30,5 milyon dollar yardım istəyib.

Almaniya bu il ölkəyə 450 min qaçqın gəldiyini deyir ki, onların 37 mini sentyabrın ilk həftəsində gəliblər.

Almaniya istirahət günləri gözlənilən qaçqınlara yarım üçün 4 min əsgər ayırıb.

Avropa Birliyi üzv ölkələrə ümumilikdə əlavə 160 min nəfərlik məcburi kvota qoyub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG