Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:37

ABŞ müdafiə nazirliyi son vaxtlar Rusiyadan Suriyanın Latakiya şəhərinə 7 “An-124” ağır nəqliyyat təyyarəsi getdiyini qeydə alıb.

ABŞ-ın “Fox News” televiziya kanalının hakim dairələrə istinadla verdiyi məlumata görə, Rusiyanın Suriyada hərbi iştirakı ağılagəlməz dərəcədə artıb və getdikcə genişlənir.

Həmçinin “The Chicago Tribune” qəzeti yüksək səviyyəli ABŞ mənbələrinə istinadla Latakiya şəhərinə lazımi hərbi texnikalar və yerli hava limanında yaradılan Rusiya hərbi aviasiyasının təmin edilməsi üçün xüsusi acvadanlıqlar aparılıb.

Söhbət hava hərəkətlərinin idarə olunması və hərbi təyyarələrə texniki xidmət göstərilməsi ilə bağlı texnikalar, habelə yzlərlə hərbi heyət üçün nəzərdə tutulan evdən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG