Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:55

Nazarbayev birgə fond yaratmağı təklif edib


Almazbek Atambayev və Nursultan Nazarbayev

Almazbek Atambayev və Nursultan Nazarbayev

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkdilli ölkələrin əməkdaşlıq şurasının Astana sammitində Türk dünyasının inkişaf fondunu yaratmağı təklif edib.

O bildirib ki, belə bir font yaratmaq və türk dünyasını inkişaf etdirmək üçün sponsorlar cəlb etmək lazımdır.

Nazarbayev həmçinin Türk dünyası üçün ümumi informasiya məkanı yaradılmasını tıklif edib.

Sammitdə Azərbaycan, Qazaıstan və Qırğızıstan prezidentləri iştirak edib.

Təşkilata daxil olan Türkiyəni isə nazir və diplomatlar təmsil edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə Nazarbayevin təşəbbüsü ilə yaradılıb.

Şuranın ilk iclası 2011-ci ildə Almaatıda keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG