Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23

Astanada Azərbaycan prezidenti İlham Əliyevlə Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında görüş olub.

Yerli mətbuatın yazdığına görə, görüşdə iki ölkə arasındakı dostluq münasibətləri və qarşılıqlı əməkdaşlıq məsələsi müzakirə olunub.

Görüş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti çərçivəsində baş tutub.

İlham Əliyev həmçinin qazax xalqını Qazax xanlığının 550 illiyi münasibəti ilə təbrik edib.

Nazarbayev Qazax xanlığının 550 illiyi ideyasını ötən il, Rusiya prezidenti Vladimir Putinin bəyanatından sonra irəli sürüb.

Putin həmin vaxt qazaxların hec vaxt dövləti olmadığını demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG