Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:58

«Sanksiyadan biz yox, onlar özləri əziyyət çəkər»


Əli Hüseynli
Əli Hüseynli

-

«Avropa Parlamentinin dünənki (10 sentyabr) qətnaməsi hələ ilk Avropa Oyunları ərəfəsində Qərbin Azərbaycana qarşı apardığı qərəzli siyasətin davamıdır və biz bunu öncədən proqnozlaşdırmışdıq. Sadəcə, budəfəki qətnamə Azərbaycan dövləti və Azərbaycan hakimiyyəti haqqında daha qərəzli, bəzən isə təhqiramiz ifadələrlə müşayiət olunur. Onlar əmin ola bilərlər ki, həm milli səviyyədə, həm də Avropadakı tədbirlərdə onların adekvat cavabı veriləcək».

Bunu apa-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Əli Hüseynli qeyd edib ki, qətnamədə guya siyasi təqiblərdə əli olan rəsmilərə, siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmaq çağırışı gülüncdür: «Azərbaycan rəsmilərinə kənardan heç kim heç nəyi qadağan edə bilməz. Hər hansı bir Avropa İttifaqı ölkəsi və onların nümayəndəsi belə bir ağılsız fikrə düşərsə, onda biz o ölkələrlə ikitərəfli münasibətlərimizə yenidən baxmalı olacağıq. Bu addımlardan biz yox, onlar əziyyət çəkərlər».

Mövzu ilə əlaqədar oxu: Avropa Parlamentindən Azərbaycana görünməmiş sərt qətnamə

Əli Hüseynlinin fikrincə, özləri siyasi korrupsiyaya bulaşmış avropalı deputatlar indi Azərbaycan hakimiyyətini korrupsiyada ittiham edirlər:

«Bizim hüquq-mühafizə orqanları Qərb təşkilatlarından, o cümlədən Avropa Birliyindən qrantlar almış və qətnamədə adı çəkilən «hüquq müdafiəçiləri» ilə bağlı araşdırmaları bir qədər də dərinləşdirsəydilər, bu cinayət əməllərinin bir tərəfi elə həmin avropalı rəsmilərə gedib çatardı. Həmin avropalı rəsmilər və deputatlar erməni lobbisi ilə əlbir olaraq siyasi korrupsiyaya qurşanıb və məqsədləri müstəqil siyasət yürüdən Azərbaycana zərbələr endirmək olub».

Komitə sədrinin dediyinə görə, qətnamədə Avropa İttifaqına üzv dövlətlərə ünvanlanmış, Azərbaycandakı parlament seçkilərini müşahidə etməkdən çəkinməyə çağırış da iflasa uğrayacaq.

XS
SM
MD
LG