Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:33

-

«Avropa Parlamentində Azərbaycan ilə bağlı qəbul edilmiş qətnaməni qərəzli, ədalətsiz və yersiz hesab edirəm. İnsanda belə bir təəssürat yaranır ki, Avropanın bu mötəbər qurumu sanki, anti-Azərbaycan xəstəliyinə tutulub».

Avropa Parlamentinin qətnaməsinə münasibət bildirən baş nazirinin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov belə deyib. AZƏRTAC-a açıqlamasında o bildirib ki, Azərbaycan vətəndaşları Avropa Parlamentinin anti - Azərbaycan mövqeyindən dərindən təəssüflənir:

«Bu, insanlarımızın Avropa dəyərlərinə inamını sarsıdır. Onsuz da Avropa dəyərləri çətin anlarını yaşayır, aşınır. Avropanın da yaxından iştirakı ilə həyata keçirilən Orta Şərq siyasətinin qurbanları olan qaçqınlara, uşaq və qadınlara sərgilənən münasibət bunun əyani misalıdır. Avropanın Avropa Parlamentində müzakirəyə çıxarılmalı olan kifayət qədər ciddi problemləri var».

YAP-ın sədr müavini vurğulayıb ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin kökündə dövlətin və xalqın mənafeyi dayanır. «Milli mənafelər Azərbaycanın təmsil olunmadığı qurumun qəbul etdiyi qərəzli, ədalətsiz qətnamədən daha vacib və daha əhəmiyyətlidir» – deyə o vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG