Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:03

NATO Rusiya bazasından narahatdır


Luqanskda rusiyapərəst yaraqlılar, 2014-cü il

Luqanskda rusiyapərəst yaraqlılar, 2014-cü il

-

NATO Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında böyük baza tikməsi xəbərlərindən narahatlığını bildirib. Sentyabrın 10-da NATO sözçüsü AzadlıqRadiosuna danışıb: “Ümumiyyətlə, NATO Rusiyanın Ukrayna sərhədi yaxınlığında hərbi iştirakı gücləndirməsindən, Ukraynada sabitsizlik yaratmağı hədəfləyən davamlı cəhdlərindən narahatdır”.

Reuters sentyabrın 7-də məlumat yayıb ki, Moskva Belgorod Oblast ərazisində böyük hərbi baza tikməyə başlayıb. Bu ərazi Ukraynanın Luqansk regionu ilə sərhəddir. Luqansk Ukrayna qüvvələri ilə separatçıların münaqişə zonasıdır. NATO separatçıları Rusiyanın təlimatlandırdığını bildirir.

Reuters Müdafiə Nazirliyinin sənədlərinə əsasən, 300 hektarlıq ərazidə baza tikildiyini, artıq ərazidə hasarın çəkildiyini yazırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG