Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:58

-

Azərbaycanlı aktyor, uzun illərdir ABŞ-ın Nyu-York şəhərində yaşayan Vəliəhd Vəliyev vəfat edib.

Aktyorun qohumlarına istinadən milli.az saytı belə yazır.

Vəliəhd Vəliyevin Amerikada dəfn olunacağı bildirilir.

Vəliəhd Vəliyev 1952-ci ildə Daşkəsəndə anadan olub. 1979-cu ildə Moskvada aktyorluq təhsili alıb, xalq artisti Həmidə Ömərova, aktrisa Sonaxanım Mikayılova və s. ilə tələbə yoldaşı olub.

Uşaqlıq illərindən Gəncə Teatrında çalışıb və bir sıra yadda qalan rollar oynayıb. Kinostudiyada bir çox filmdə çəkilsə də, onu tamaşaçılar «Evlənmək istəyirəm»də Əhməd bəy rolu ilə daha çox tanıyırdılar.

Aktyor uzun illərdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG