Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:58

Dövlət Departamentindən Qarabağ açıqlaması


John Kirby
John Kirby

-

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağda zorakılığın artmasıyla bağlı açıqlama yayıb. Departamentin sözçüsü John Kirby sentyabrın 10-da deyib:

“Ermənistan və Azərbaycan qüvvələrinin beynəlxalq sərhəd boyunca minaatanlardan və digər ağır artilleriyadan istifadə etməsi, nəticədə dinc sakinlərin ölümü və kəndlərə ziyan dəyməsi barədə etibarlı məlumatlar almışıq. Münaqişənin kəskinləşməsindən dərin narahatlıq hissi keçiririk, dinc sakinləri hədəfə alan istənilən hərbi hərəkəti pisləyirik. Belə zorakılığa dərhal son qoymağa, gərginliyin azaldılmasına və dinc sakinlər arasında itkidən qətiyyətlə qaçılmasına çağırırıq”.

“Ermənistan və Azərbaycan prezidentlərinə ATƏT-in Minsk qrupu həmsədrləri ilə yaxından işləyərək Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həlli üçün öhdəliklər götürdüklərini xatırladırıq,” John Kirby deyib.

Son günlər cəbhə xəttində gərginliyin artması, hər iki tərəfin irimiqyaslı təlimlərə başlaması hərbi əməliyyatların bərpası ehtimallarını gücləndirib. BU ehtimalları həm Ermənistan, həm də Azərbaycan tərəfindən müşahidəçilər səsləndirməkdədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG