Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:57

"Yarışın çox maraqlı və gərgin mübarizə şəraitində keçəcəyini gözləyirəm".

"Report"az-ın məlumatına görə, bunu Bakıda keçiriləcək şahmat üzrə dünya kubokunun ermənistanlı iştirakçısı Levon Aronyan deyib.

Mümkün qədər yaxşı oynayacağını bildirən Aronyan azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun ciddi rəqiblər arasında olduğunu qeyd edib.

O, Bakı barədə də danışıb: "Dostlarım Bakının gözəlliyi haqda mənə çox danışıblar. İmkan olsa, yarışın son günlərində şəhəri gəzmək maraqlı olardı".

Qeyd edək ki, Ermənistan Bakıda keçirilən dünya kubokunda 4 şahmatçı ilə təmsil olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG