Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:40

" Robert Prosineckini Xorvatiya yığmasında baş məşqçi görmək istəyirlər. Amma onun Azərbaycan millisi ilə 2017-ci ilədək müqaviləsi var və üstəlik onu 2020-ci ilədək uzada bilər".

Qol.Az-ın məlumatına görə, bunu Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Shuker yerli mətbuata açıqlamasında deyib:

“Prosinecki Azərbaycanda ilə 1 milyon 200 min avro qazanır. Biz bu məbləği ona verə bilmərik. Prosinecki böyük futbolçu olub və artıq məşqçi kimi də özünü göstərir. Amma onun Azərbaycan millisindən ayrılaraq Zaqrebə gəlməsinə inanmıram. Bir sıra problemlər var. Əsas problem də maliyyə məsələsidir"-deyə o vurğulayıb.

Xorvatiya Futbol Federasiyası sentyabrın 9-da son iki oyunda uğursuz çıxış etdiyinə görə, yığmanın baş məşqçisi Niko Kovacı istefaya göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG