Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:24

“Rusiya prezidenti Vladimir Putinin BMT-nin baş assambleyası zamanı Roma papası Francislə görüşü o halda baş tuta bilər ki, Putin görüşə vaxtında gəlsin”.

Bu barədə Nyu-York Tayms Vatikanın BMT-ki nümayəndəsinə istinadla məlumat yayıb.

Putin bundan əvvəl, iyunda Vatikanda papa ilə görüşə 70 dəqiqə gecikmişdi.

Diplomatik protokola görə, Papa BMT-nin baş assambleyası zamanı rəsmi şəkildə yalnız təhlükəsizlik şurasının daimi üzvü olan 5 ölkənin liderləri ilə görüşməlidir.

Sentyabrın 1-dən təhlükəsialik şurasına sədrlik Rusiyaya keçib.Papanın Putinlə görüşüb-görüşməyəcəyi barədə məlumat verilmir.Roma Papasının assambleyada çıxışı sentyabrın 25-də olacaq.

Putinin isə Nyu-Yorka sentyabrın 27-də-çıxış edəcəyi gün gedəcəyi gözlənilir.

Ümumiyyətlə Putin bir çox dünya liderləri ilə görüşə gec gedib.

Məsələn o 2003-cü ildə İngiltərə kraliçası II Elizabethlə görüşə 14 dəqiqə, 2006-cı ildə İspaniya kralı Juan Carlosla görüşə 20 dəqiqə, 2013-cü ildə ABŞ Dövlət katibi John Kerry ilə görüşə isə düz 3 saat gec gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG