Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:33

-

Ali Məhkəmə Müsavat başqanının müavini Tofiq Yaqublunun hökmündən şikayətə baxmır.

Bunu AzadlıqRadiosuna onun vəkili Nemət Kərimli bildirib.

N.Kərimlinin dediyinə görə, o, ötən ilin noyabrında hökmdən şikayət verib. Bu il yanvarın 13-də Ali Məhkəmə işlə tanış olmaq üçün məhkəməni qeyri-müəyyən müddətə təxirə salıb.

Vəkil bu cür yanaşmanın qanunsuz olduğunu deyir.

Ali Məhkəmədən buna münasibət öyrənmək cəhdimiz baş tutmadı.

Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu 2013-cü ildə həbs olunub. O, həmin ilin yanvarında İsmayıllıda baş verən iğtişaşlarda ittiham olunaraq 5 il azadlıqdan məhrum edilib.

Vicdan məhbusu sayılan Tofiq Yaqublu 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Günün bütün mövzuları

XS
SM
MD
LG