Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:54

-

Paytaxtın girişində rayon qeydiyyatında olan avtomobillər üçün ödənişsiz duracaqların tikintisi başa çatdırılıb.

Duracaqlar Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən tikilib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev apa-ya bildirib ki, şəhərin şimal girişindəki duracaq Bakı-Quba yolunun 160-cı km-də, Abşeron Gənclər şəhərciyi yaxınlığında, şəhərin cənub girişindəki duracaq isə Bakı-Ələt yolunun 14-cü km-də, Lökbatan dairəsinin yaxınlığındadır.

Onun dediyinə görə, duracaqlar rayon qeydiyyatında olan avtomobillərin saxlanılması üçün tam hazırdır. Hazırda duracaqlarda yeməkxana və kommunal xidmət obyektlərinin tikintisi tamamlanır. Bu ödənişsiz duracaqlar, xidmət obyektləri də daxil olmaqla, sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillər üçün istifadəyə veriləcək. Duracaqların sahələri 10-12 hektardır.

K.Əliyev Bakı-Şamaxı yolunda, Müşfiqabad qəsəbəsi yaxınlığında üçüncü duracağın tikintisi üçün də torpaq sahəsi ayrıldığını açıqlayıb.

Sentyabrın 15-dən rayon qeydiyyatında olan avtomobillər saat 7-dən gecə saat 12-dək paytaxta buraxılmayacaq, bu avtomobillər şəhərin girişindəki duracaqlarda saxlanılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG