Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:21

-

Rusiya, Ukrayna, Almaniya və Fransa liderləri Ukraynanın şərqində yerli seçkilər keçirilməsi məsələsini müzakirə ediblər. Kremlin məlumatına görə, liderlər sentyabrın 9-da 90 dəqiqəlik telefon söhbəti ediblər.

Minsk sülh sazişinə görə, separatçı regionlar ilin sonunadək “Ukrayna qanunvericiliyinə uyğun olaraq” yerli seçkilər keçirməlidirlər.

Ancaq rusiyapərəst yaraqlılar seçkini öz şərtlərinə uyğun keçirmək istəyirlər. Onlar bütün ukraynapərəst namizədləri uzaqlaşdırmaq və seçkini Ukraynanın qalan hissəsində olacaq səsvermədən fərqli gündə keçirmək istəyirlər. Ukraynada seçki oktyabrın 25-nə planlaşdırılır.

Ukrayna liderləri isə xəbərdarlıq edir ki, yaraqlıların nəzarətində olan ərazilərdə “qanunsuz” seçki keçirmək fevral sülh sazişini pozar. Almaniya və Fransa liderləri bu məqama razılaşırlar.

Dörd ölkənin xarici işlər nazirləri sentyabrın 12-də Berlində görüşməlidir. Əsas məqsəd Donbasda yerli seçkinin tarixini və şərtlərini razılaşdırmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG