Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:16

-

İraqın baş naziri Haidar al-Abadi deyir ki, hökumət korrupsiyası və səmərəsiz idarəçiliyi azaltmağa yönəlik islahatlar məqsədilə 123 rəsmi işdən çıxarılıb. Onlar nazir müavinləri və baş menecerlərdir.

Sentyabrın 9-da yaydığı bəyanatda Abadi deyib ki, yüksək rütbəli rəsmilər ya istefaya göndərilir, ya da administrativ statusları “dəyişdirilir”. O, dəyişikliklərin hansı nazirliklər və ya agentliklərdə baş verəcəyini açıqlamayıb.

Minlərlə etirazçı küçələrə çıxandan sonra Abadi islahatlar planını açıqlayıb. İraqda təriqət və etnik əsaslı kvota sistemləri də dəyişdirilir. Tənqidçilər bu kvotalara görə ixtisassız şəxslərin hökumətdə vəzifə aldığını bildirir.

Baş nazir üç vitse-prezident postunu, baş nazirin 3 müavini postunu da ləğv edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG