Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:16

İran sazişinin müzakirəsi yubandı


ABŞ Konqresində bir qrup mühafizəkar respublikaçı millət vəkilinin “qiyamı” İranla bağlanmış nüvə sazişinin baxılmasını yubadıb.

ABŞ Konqresində bir qrup mühafizəkar respublikaçı millət vəkilinin “qiyamı” İranla bağlanmış nüvə sazişinin baxılmasını yubadıb.

Çərşənbə axşamı Nümayəndələr Palatası bu sənədin müzakirəsinə başlamalı idi, lakin bir sıra respublikaçı konqrsemenlər bundan imtina edərək prezident Barack Obama-nın daha geniş məlumat verməsini tələb ediblər.

Təhlilçilər bildirirlər ki, belə bir vəziyyət sazişin ümumiyyətlə müzakirəyə çıxarılmasını mümkünsüz edə bilər.

Beləliklə, İran sazişinə qarşı vahid cəbhədən çıxış edən respublikaçılar indi bu sənədə baxılması məsələsində mübahisə edirlər.

Bü mübahisə 41 senator İran sazişini dəstəkləyəcəyini bildirəndən sonra başlanıb.

Nəticədə İrana dair üç səsvermə planlaşdırılıb, lakin bunlardan heç biri nüvə sazişinə aid deyil.

Bununla belə Senatdakı respublikaçılar sazişin rədd edilməsi barədə qətnaməni müzakirəyə çaıxaracaqlarını bildirirlər.

Üç səsvermədən birincisi Obama-nın əlavə məlumat verməsini tələb edən qətnamə üçün keçiriləcək. İkinci səsvermə sazişin qəbulu qətnaməsinin ləğv edilməsinə həsr olunacaq. Üçüncü qətnamə isə prezidentin İrana qarşı sanksiyaları qaldırmaq səlahiyyətindən məhrum edilməsinə dairdir.

Ağ Ev isə bəyan edib ki, Konqres sazişi sentyabrın 17-dək səsə qoymasa, o icra üçün qüvvəyə minəcək.

XS
SM
MD
LG