Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:14

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ermənistanlı şahmatçı Levon Aronyanın Bakıya gəlişinə münasibət bildirib.

Azad Rəhimov sentyabrın 9-da keçirdiyi mətbuat konfransında ona güzəşt olunduğunu deyib.

“Qanuna görə Dağlıq Qarabağa səfər edənlər Azərbaycana gələ bilməzlər. Amma bəzi hallarda istisnalar olur. Bəzən həmin şəxslər səfərə görə üzr istəyirlər, bəzənsə Dağlıq Qarabağa səfərlərini məlumatsızlıqla əlaqələndirilər.Ona görə də hərdən idmanla bağlı məsələlərdə güzəştə gedirik. Aronyan Xankəndidə keçirilən yarışda oynasa da, idman prinsiplərini nəzərə alıb ona güzəştə getdik”, - deyə nazir bildirib.

Şahmat üzrə Dünya Kubokunun açılış mərasimi sentyabrın 10-da, ilk turun oyunları isə sentyabrın 11-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG