Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:41

“İran Vaşinqtonla Tehranın nüvə proqramından kənar danışıqlar aparmayacaq”.

Bunu sentyabrın 9-da İranın ali dini lideri Ayatollah Ali Khamenei bəyan edib.

O qeyd edib ki, İran ABŞ-la konkret məsələni müzakirə edib və digər məsələlərlə bağlı danışıqlar aparmaq fikrində deyil.

İyulun 14-də Tehranla 6 dünya ölkəsi arasında imzalanmış yekun nüvə sazişində Tehranın nüvə proqramını dondurması, əvəzində ona qarşı sanksiyaların yüngülləşdirilməsi və ya aradan qaldırılması nəzərdə tutulur.

Khamenei hesab edir ki, Vaşinqton istənilən başqa danışıqdan İrana təsir vasitəsi kimi istifadə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG