Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:53

Rusiya Azərbaycana 50 BMP yola salır


BMP
BMP

Rusiya Azərbaycanın sifariş etdiyi BMP-3 piyada döyüş maşınlarının sonuncu partiyasını - 50 maşını yola salmağa hazırlaşır.Bunu Rusiyanın TASS xəbər agentliyi hərbi-texniki əməkdaşlıq sahəsindəki mənbəyə istinadla bildirir. Mənbə Nijni Tagildə sentyabrın 9-da açılan “Arms Expo-2015” hərbi sərgisi zamanı danışıb.

“Azərbaycana BMP-3 maşınlarının çatdırılması 2016-cı ildə başa çatacaq"

TASS xatırladır ki, Rusiya Azərbaycanın sifariş etdiyi T-90C tanklarının çatdırılmasını da yekunlaşdırmaq üzrədir.

“Rosoboroneksport”dan bildiriblər ki, Rusiya Azərbaycanın 2010-cu il müqaviləsi ilə sifariş etdiyi hərbi texnikanın və silahların çatdırılmasını 2017-ci ilədək tam yekunlaşdıracaq.

TASS yazır ki, media məlumatlarına görə, həmin müqaviləyə 3 batalyonluqT-90C tankları (100 tank) və eyni sayda BMP-3 daxildir. Həmçinin Azərbaycan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemlərini, ağır odsaçan sistemləri və digər silahları alıb.

Bütün müqavilələrin qiyməti 1 milyard dollardır.

XS
SM
MD
LG