Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:05

-

Sentyabrın 9-da Budapeştdəki Peter Pazmani Katolik Universitetində Macarıstan Elmlər Akademiyasının Türkoloji Araşdırmalar Qrupu və Seged Universiteti ilə birgə təşkilatçılığı ilə "Türk mədəniyyətində dinin rolu" adlı üç günlük beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, konfransın işində Macarıstan, Türkiyə, Rumıniya, Rusiya Federasiyasın, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Polşa və digər ölkələrdən gəlmiş türkoloq-alimlər və tarixçilər iştirak edirlər.

Peter Pazmani Katolik Universitetinin rektoru, professor Sabolç Suromi qədim türk abidələrinin dini baxımdan öyrənilməsinin türk mədəniyyətinin humanist mahiyyətinin üzə çıxarılmasında, müasir mərhələdə dini dözümlülük və tolerantlıq mühitinin formalaşdırılmasında mühüm rolu olduğunu qeyd ediblər.

Üç gün davam edəcək beynəlxalq elmi konfransda türkoloq-alimlərin 40-a yaxın məruzəsi dinləniləcək.

Xəbərdə vurğulanır ki, beynəlxalq türkoloji konfransın açılış mərasimində Azərbaycanın və Türkiyə Cümhuriyyətinin Macarıstandakı səfirləri Vilayət QuliyevŞakir Fakılı da iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG