Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:47

-

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən Hüseyn Cavid və Cavidlər ailəsinin irsinin təbliği məqsədilə izahlı kataloq hazırlanır.

Muzeyin yaydığı xəbərə görə, bu qurumun direktoru Gülbəniz Babaxanlının elmi rəhbərliyi ilə hazırlanan izahlı kataloqda H.Cavid və Cavidlər ailəsinin üzvlərinə aid muzeyin fondunda qorunan və sərgilənən eksponatların (əlyazmalar, kitablar, dövrü mətbuat materialları, sənədlər, incəsənət nümunələri və s.) hər biri haqqında izahlı məlumat verilir.

Hazırda muzeyin fondunda mühafizə olunan 10 min 735 eksponatın böyük bir hissəsi sistemləşdirilib.

Muzeyin fikrincə, nəşr ediləcək izahlı kataloqun dahi Hüseyn Cavidin və Cavidlər ailəsinin zəngin irsinin təbliğində əhəmiyyətli rolu olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG