Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:05

Sumqayıt qatarının alış qiyməti açıqlandı


Qatar.
Qatar.

-

Bakı-Sumqayıt-Bakı dairəvi dəmiryolunda istismar üçün nəzərdə tutulan elektrik qatarlarının hər biri 900 min avro dəyərindədir.

«Azərbaycan Dəmir Yolları» QSC-nin sifariş etdiyi 5 ikimərtəbəli qatardan 3-ü artıq Bakıdadır.

Bunu Report-a qatarları satan «Stadler Rail» şirkətinin Mərkəzi Asiya üzrə marketinq və satış direktoru Dirk Scheibner bildirib:

««KISS» markalı bu qatarlarda ümumi sərnişin tutumu 919 nəfər, oturacaqların sayı isə 396-dır. Bunun 84-ü biznes sinfinə aiddir. Bu qatarların üstünlüyü ondan ibarətdir ki, onlar çox uzun deyil, yəni relslərdə az yer tutur».

Şirkət rəhbəri qatarlara dair müqavilənin dəyərinin təxminən 4.5 milyon avro olduğunu (1 qatar üçün 900 min avro) deyib.

Bakı-Keşlə-Biləcəri-Xırdalan-Sumqayıt xəttində elektrik qatarları əvvəllər mənzil başına 1 saat 22 dəqiqəyə çatırdısa, yenidənqurma işlərindən sonra bu vaxt yeni qatarlar sayəsində 40 dəqiqə olacaq.

XS
SM
MD
LG