Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:57

Avropa Komissiyasının sədri Jean-Claude Juncker Avropaya böyük qaçqın axını böhranı ilə bağlı fövqəladə plan təqdim edib.

Onun sentyabrın 9-da Avropa Parlamentində açıqladığı planda hazırda Yunanıstan, Macarıstan və İtaliyaya toplaşan 160 min qaçqının Avropa Birliyi ölkələrində yerləşdirilməsi nəzərdə tutulur.

O bildirib ki, proqrama görə, hər bir Avropa Birliyi ölkəsinə məcburi kvota ayrılır.

Qaçqınların əksəriyyəti Suriyadandır.

Junker Avropa Birliyi ölkələriniplanı daxili işlər nazirlərinin sentyabrın 14-də keçiriləcək iclasında dəstəkləməyə çağırıb.

Ən çox qaçqın qəbul edən Almaniya kvotanı dəstəkləyir.

Amma miqrantlar üçün əsas marşurut olan Macarıstan da daxil olmaqla bir sıra ölkələr məcburi sistemə qarşıdır.

Junker ilin əvvəllərindən bu yana Yaxın Şərq və Afrika ölkələrindən artıq Avropaya təxminən 500 min qaçqın gəldiyini deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG