Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:52

Çingiz Abdullayev kimi yazıçılar necə sponsorluq edirlər?


James Patterson
James Patterson

- Amerikalı detektiv yazıçısı James Patterson öz bestseller kitablarından milyonlarla dollar pul qazanır. Onun dəhşətli cinayətlər haqda, qatil klubları haqda, xəyali qəhrəman Alex Cross haqda seriya romanları dünyada 3 yüz milyondan çox satılır.

Bəzən Pattersonu ədəbiyyata sənətdən çox biznes kimi baxdığına görə tənqid edirlər.

Bu yazıçı kitab dükanlarını sevən, mədəni və ictimai həyatın əhəmiyyətini anlayan bir insandır. O, öz kitablarının gəlirindən hər il müxtəlif ölkələrdə müstəqil kitab dükanlarının inkişafı üçün maliyyə ayırır.

Elə dünən onun ayırdığı maliyyə üzrə Britaniyada 69 müstəqil kitab dükanı 110 min funt sterlinq (2 yüz min manata yaxın) qrant alıb.

Bu qrantdan kitab dükanları necə istifadə edəcəklər? Yazıçıların kitab tədbirlərini, uşaqlar üçün kitab oxumaq tədbirlərini, kitab təbliğatı aparmaq üçün məktəblərə gedəcək kitab avtobusunu maliyyələşdirmək üçün, kitab dükanlarında uşaq bölmələrinin təmiri üçün, uşaqlara hekayə oxumaq guşələrinin yaradılması üçün istifadə edəcəklər.

Məqsəd "kitab satıcılarına kitaba sevgini ən yaxşı şəkildə təbliğ etmək” olub.

Bu puldan uşaq kitabları satan hər bir müstəqil kitab dükanına 250 funt sterlinqdən 5 min funt sterlinqə qədər vəsait ayrılacaq; hərəsinin öz qrant ərizəsinə uyğun.

Bu il Britaniyada bu yazıçının şəxsi qrantı üçüncü dəfədir ki, verilir. Yazıçı Patterson deyib:

“Bu il nə qədər çox müstəqil kitab dükanının qrant üçün müraciət etdiyini görmək sevindiricidir. Keçən il verdiyimiz qrantın sayəsində görülmüş işləri müşahidə etmək çox xoşdur.

Dükanlarda uşaq bölmələri indi daha yaxşı vəziyyətdədir. Dükanlar bu layihəyə çox böyük maraq göstəriblər. Yeni yaxşı ideyalar verilib. Gələn il üçün hansı qrant layihələrinin təqdim olunacağını bilmək üçün səbrsizlənirəm.”

2014-cü ildə Britaniyada 73 müstəqil nəşriyyta 130 min funt sterlinqdən çox qrant vermişdi. Bu ilsə qranta daha 250 min funt sterlinq əlavə edərək, ümumi məbləği 500 minə çatdıracağını elan edib.

Deyir ki, bu pul sayəsində uşaqların oxumağa həvəsləndiyini görmək onu xoşbəxt edir.

Patterson Britaniyadan əvvəl ABŞ-da müstəqil kitab dükanlarını dəstəkləmək üçün 1 milyon dollar verib. Məqsəd "kitab satıcılarına kitaba sevgini ən yaxşı şəkildə təbliğ etmək” olub.

Oxu Zalı

XS
SM
MD
LG