Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:14

-

Qaxın Qaxbaş kəndində 58 yaşlı kişi özünü alma ağacından asaraq intihar edib.

Xəbəri Report yayıb.

İntihar edən 1957-ci il təvəllüdlü milliyətcə gürcü olan Rusçiaşvili Qurami Şotayeviçdir. İntihar vaxtı həmin şəxs içkili vəziyyətdə olub. Qonşular həmin şəxsin səhər saatlarında içki alaraq evə getdiyini görüblər. İntihar edən şəxs həyat yoldaşı ilə birlikdə yaşayırmış. Onun 3 oğlunun olduğu bildirilir. Oğlanları Tbilisidə yaşayırlar. Hadisə zamanı kişi evdə tək olub.

Faktla bağlı Qax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG