Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:30

Fəhlələr aksiya keçirdi


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Sentyabrın 9-da səhər saatlarında Ələt-Astara avtomobil yolunu inşa edən «EVRASCON» şirkətinin 400 nəfərədək fəhləsi etiraz aksiyası keçirib.

Fəhlələr Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində Kür çayı üzərindəki körpüdə avtomobillərin hərəkətini dayandırıblar.

Məlumatı virtualaz saytı yayıb.

Yolçəkən fəhlələrin tələbi 5 aydır ki, almadıqları əmək haqlarının ödənilməsidir. Aksiya 1 saatdan artıq davam edib. Salyan rayon Polis Şöbəsi əməkdaşlarının etirazçılarla apardıqları danışıqlardan sonra onlar yoldan çəkiliblər. Saxlanılan olmayıb.

Fəhlələrlə görüşən şirkət nümayəndələri gün ərzində onların əmək haqlarının ödənilməsinə başlanacağına söz veriblər.

XS
SM
MD
LG