Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:22

-

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker sentyabrın 9-da Avropanın miqrasiya böhranı planlarını elan edəcək.

Təkliflərə görə, 120 min sığınacaq axtaran Yunanıstan və İtaliyadan Avropa Birliyinin digər üzv ölkələrinə paylaşdırılacaq. Hər bir ölkə üçün kvotalar qoyulacaq.

Kvotalar ümumdaxili məhsul, əhali, işsizlik səviyyəsi və artıq prosesdə olan sığınacaq ərizələrinə uyğun müəyyənləşdiriləcək.

AB 2-ci Dünya Müharibəsindən bəri ən ağır qaçqın böhranıyla üz-üzə qalıb.

BMT bildirir ki, bu il Aralıq dənizindən Avropaya 380 min qaçqın keçib. Əksəriyyəti münaqişələrdən və yoxsulluqdan qaçır.

Günün bütün mövzuları

XS
SM
MD
LG