Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:29

-

Prezident Barack Obama İran sazişinə artıq 42 senatorun dəstəyini təmin edib. Bu, Konqresdə sazişi rədd edən qətnamənin qarşısını almaq üçün gərəkən səs sayından çoxdur.

Demokrat senatorlar Richard Blumenthal, Gary Peters, Ron Wyden və Maria Cantwell sentyabrın 8-də sazişə dəstək bildiriblər.

Sentyabrın 9-da Senat debatlara başlayır.

Senatdakı demokratlar sazişə qarşı çıxan respublikaçıları üstələyir və beləliklə də, Obama administrasiyası veto hüququndan istifadə etməli olmayacaq.

İranla altı super-dövlətin əldə etdiyi sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində İrana sanksiyaların qaldırılmasını nəzərdə tutur.

Günün bütün mövzuları

XS
SM
MD
LG