Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03

-

Birləşmiş Ştatlar xəbərdarlıq edir ki, Rusiyanın Suriyaya hərbi qüvvələr göndərməsi İslam Dövləti qruplaşmasına hava zərbələri endirən ABŞ koalisiyası ilə “qarşıdurma”ya gətirər.

Ağ Evin sözçüsü Josh Earnest sentyabrın 8-də deyib ki, Vaşinqton “Rusiyanın Suriyaya əlavə hərbi heyət və təyyarələr göndərməsi barədə məlumatlardan narahatdır”.

“Belə bir dəstəyi həyata keçirirlərsə, bu, beynəlxalq ictimaiyyətin maraqlarına zidd olar və sabitsizlik törədər,” Earnest deyib.

Bolqarıstan sentyabrın 8-də bildirib ki, Rusiyanın Suriyaya hərbi təchizat təyyarələrinin uçuşuna icazə xahişini rədd edib.

Bir ildən az bir müddət ərzində ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya və İraqdakı İD yaraqlıları və onların hədəflərinə 50 min zərbə endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG