Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Yatsenyuk-a Çeçenistan müharibəsi ittihamı


Aleksandr Bastrıkin
Aleksandr Bastrıkin

Rusiya İstintaq Komitəsinin rəhbəri Ukraynanın baş naziri Arseni Yatsenyuku 1990-cı illərdə Çeçenistanda Rusiya hərbçilərinə qarşı vuruşmaqda ittiham edib.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Ukraynanın baş naziri Arseni Yatsenyuk-u 1990-cı illərdə Çeçenistanda Rusiya hərbçilərinə qarşı vuruşmaqda ittiham edib.

Onun sözlərinə görə, Yatsenyuk Çeçenistan müharibəsində millətçi Ukrayna Xalq Özünümüdafiəsi təşkilatının batalyon üzvü kimi iştirak edib.

Bastrıkin deyib ki, Ukrayna baş naziri Çeçenistan müharibəsinin ən azı iki döyüşündə iştirakçı olub.

Bunlardan biri 1994-cü ilin 31 dekabrında Qroznıdakı Minutka meyadında baş verib.

İkinci döyüş isə 1995-ci ilin fevralında Qroznıdakı 9 nömrəli xəstəxananın ətrafında gedib.

RİK-in məlumatına görə Yatsenyuk 1995-ci ildə Covxar Dudayevin ən yüksək mükafatı – “Milli Namus” ordeni ilə təltif olunub.

Ukrayna baş nazirinin köməkçisi Olga Laplo özünün Facebook səhifəsində bu iddiaları təbliğat adlandırıb.

“Biz məsləhət görürük ki, Rusiya, özünün istintaq komitəsi başçısının ruhi sağlamlığını müayinə etsin” – yazıb Laplo.

XS
SM
MD
LG