Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:38

Hər il bütün planet boyunca beş milyon adam ilanların hücumuna məruz qalır. Onlardan 100 mini dərhal ölür, daha 400 min insan ömürlük əlil olur.

İlan çalmasının müalicəsi üçün ən səmərəli dərmanın qlobal ehtiyatı tükənməkdədir.

Ekspertlərin fikrincə bu, ilanların sancdığı on minlərlə insanın həyatını təhlükə qarşısında qoya bilər.

Sərhədsiz Həkimlər (Medicins Sans Frontieres) bildirib ki, Afrika qitəsində on növ ilanın zəhərini neytrallaşdıran Fav-Afrique preparatının ehtiyatı son dərəcə azalıb.

Bu dərmanların son partiyası 2016-ci ilə işlədilə bilər.

Buna səbəb dərmanı hazırlayan şirkıətin istehsalı dayandırmasıdır.

Sanofi Pasteur şirkəti bildirib ki, bu dərmanın hazırlanma reseptini hər hansı başqa şirkətə verməyə hazırdır.

Hər il bütün planet boyunca beş milyon adam ilanların hücumuna məruz qalır. Onlardan 100 mini dərhal ölür, daha 400 min insan ömürlük əlil olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG