Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:19

Sazişin Konqres müzakirəsinə artıq bu həftə çıxarılacağı gözlənilir.

Prezident Barack Obama İranla sazişin Konqresdən keçməsi üçün 41 senatorun dəstəyini təmin edib.

Bu sayda senatorun dəstəyi ABŞ prezidentinə İranla əldə olunmuş nüvə sazişinin Konqres tərəfindən rədd edilməsi barədə hər hansı qərarı bloklamaq imkanı verir.

Demokratlar Richard Blumenthal, Gary Peters və Ron Wyden İran sazişini dəstəklədiklərini bildirən daha üç senator olublar.

Respublikaçılar İran sazişinə qarşı çıxırlar və onun Konqres səsverməsi zamanı rədd ediləcəyinə ümid bəsləyirlər.

Lakin indi 41 senatorun dəstəyi ilə, Obama bu sazişi öz veto hüququndan istifadə etmədən də müdafiə edə bilər.

Sazişin Konqres müzakirəsinə artıq bu həftə çıxarılacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG