Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:17

Rusiya Avropa Birliyini qaçqın böhranının öhtəsindən gələ bilməməkdə tənqid edib və bildirib ki, kütləvi qaçqın axınına səbəb olan münaqişlərin qızışmasına görə bu blok günahkardır.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov sentyabrın 8-də Moskvada bildirib ki, istənilən halda ədalət belə tələb edir ki, münaqişlərin başlanmasına görə cavabdehlik daşıyan ölkələr münaqişə qurbanlarına humanitar yardım göstərilməsində üzərlərinə daha böyük məsuliyyət götürməlidirlər”.

O Avropa Komissiyasının vitse-prezidenti Kristalina Georgieva ilə görüşdə bildirib ki, Avropa Birliyinin qaçqın probleminə pul buraxmaqla mexaniki yanaşması məsələni həll etməyəcək.

Avropa Birliyi Yaxın Şərq və Afrika ölkələrindən böyük qaçqın axını ilə üzləşib.

Rusiya ABŞ-ın İraqa soxulması, Qərbin Liviya prezidenti Gaddafinin devrilməsi və Suriya üsyançılarını dəstəkləməsinə qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG