Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:20

“İran Suriya münaqişəsinin həllində ABŞ və Səudiyyə Ərəbistanı ilə danışıqlara hazırdır”.

Bunu İran prezidenti Hassan Rohani bəyan edib.

O sentyabrın 8-də Tehranda avstriyalı həmkarı Heinz Fischerlə keçirdiyi mətbuat konfransında bildirib ki, əgər bu Suriyanın daha təhlükəsiz, sabit və demokratik gələcəyi ilə nəticələnsə Tehran regional və dünya ölkələri ilə istənilən danışıqlara hazırdır.

Amma o qeyd edib ki, sülhə nail olmayınca, Tehran prezident Bashar al Assadın gələcək taleyini müzakirə etməyəcək: “Bizim üçün əsas prioriter, qan tökülməsini dayandırmaq, təhlükəsialiyi təmin etmək və insanların evinə dönməsinə şərait yaratmaqdır. Gələcək haqqında isə bundan sonra danışa bilərik”.

Şiə dövləti olan İran Suriya münaqişəsində Bashar al Assadın tərəfini saxlayır və ABŞ-la Səudiyyə Ərəbistanını üsyançıları dəstəkləməkdə günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG