Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:34

“Azərbaycanın beynəlxalq məsələlərdə öz mövqeyi var və heç kimdən çəkinmədən öz mövqeyini ifadə edir. Buna görə dünyada böyük hörmət qazanmışıq”.

APA-nın məlumatına görə, bunu sentyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il dövlət büdcəsinə həsr edilmiş müşavirədə deyib.

Prezident bildirib ki, bu gün dünya xəritəsində dəyişikliklər baş verir və bunun gələcəkdə davam etməsi istisna edilmir: “Azərbaycana gəldikdə isə bu mənfi mənzərə fonunda ölkə iqtisadiyyatı inkişaf edir, sabitlik möhkəmlənir və beynəlxalq mövqelərimiz daha da güclənir”-deyə ölkə başçısı vurğulayıb.

İlham Əliyev bildirib ki, Yaxın Şərqdə baş verən çirkin ssenarilər Azərbaycan üçün də hazırlanmışdı: “2011- və 2012-ci illərdə bəzi xarici dairələr Azərbaycanda “Ərəb baharı”nın yaşanmasından danışır və bunun qaçılmaz olduğunu deyirdilər.

Azərbaycanda "Maydan hərəkatı" yaratmaq, gəncləri bu cür çirkin işlərə sövq etmək istəyirdilər. Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün böyük pullar xərclənib, 10 milyon dollarlarla vəsait aşkarlanıb ki, məqsəd həmin vəsaitləri yerli “Beşinci kalon” vasitəsi ilə QHT adı altında Azərbaycana gətirmək, vəziyyət gərginləşdirmək və burda bəzi dairələrin nəzarətində olan insanları hakimiyyətə gətirmək olub”-deyə prezident bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG