Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:02

Masazırdakı evlər köçürülməyəcək


Abid Şərifov
Abid Şərifov

-

Masazır qəsəbəsində bitum yatağı üzərində tikilən yaşayış evlərinin köçürülməsinə ehtiyac yoxdur.

Bunu Baş nazirin müavini Abid Şərifov jurnalistlərə deyib.

«Bu gün 1100 evin köçürülməsindən söhbət gedə bilməz, bu, elə də asan məsələ deyil» - söyləyib baş nazirin müavini.

A. Şərifov bildirib ki, ərazidə araşdırmalar davam edir: «Orada qaz sızmaları olub, bir evdə partlayış baş verib, insan tələfatı olmayıb, evə ziyan dəyib. Həmin ev bərpa olunub».

A.Şərifov əlavə edib ki, baş vermiş hadisədən sonra xəbərdaredici tədbirlərin keçirilməsinə başlanılıb: «Birinci növbədə 1100 evin zirzəmisində nəfəsliklər açdırmışıq ki, qaz yığılmasın. Bütün kommunikasiya, kanalizasiya xətləri yoxlanıb. Bütün bunlar ciddi nəzarətdədir. Əminliklə deyə bilərəm ki, partlayışlar daha olmayacaq».

Bu il aprelin 9-da Abşeron rayonu Masazır qəsəbəsində, Elxan Aslanova məxsus fərdi yaşayış evində partlayış baş verib. Həmin partlayışa yerin altından çıxan səmt qazının sızmasının səbəb olduğu bildirilirdi.

XS
SM
MD
LG