Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:28

-

Bakı Asiya Universiteti fəaliyyətini dayandırır.

Universitet Təhsil Nazirliyinə müraciət edərək, fəaliyyətinin müvəqqəti dayandırılması barədə ali məktəbin Elmi Şurasında qərar qəbul edildiyini bildirib. Bundan başqa, hazırda təhsil alan tələbələrin başqa ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib.

Nazirliyin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, universitetin xahişi təmin olunub. 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.

Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq.

Şərhləri göstər

XS
SM
MD
LG