Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:25

Lazımlı miqrantlar


Miqrantlar Yunanıstanda gəmiyə minmək üçün növbəyə dururlar.

Miqrantlar Yunanıstanda gəmiyə minmək üçün növbəyə dururlar.

-

«AVROPA QAÇQINLARA GÖRƏ DƏYƏRLƏR SINAĞINDAN ÇIXMAYACAQ»

«Almaniya kansleri Angela Merkel düzgün olaraq deyir ki, hazırkı qaçqın böhranı Avropanı özünün bəyan etdiyi dəyərləri doğrulda bilib-bilmədiyini düşünməyə vadar edir. Təəssüf ki, cavab «xeyr»dir».

«The Financial Times» qəzetində Gideon Rachman yazır ki, 500 ilə yaxın bir müddət ərzində Avropa xalqları dünyanın qalan hissəsi üzərində dominantlıq edib, onları müstəmləkəsinə çevirib. 1945-ci ildən sonra Qərbi Avropa ölkələri post-faşist, post-imperiya dəyərlərini imzalayıblar. Bu dəyərlər 1951-ci il BMT qaçqınlar konvensiyası kimi sənədlərə, universal insan haqlarına söykənir.

Müəllifin fikrincə, dünyanın qalan hissəsi uzaq bir məsafədə saxlanıb, avropalılar isə dünyada ən yüksək həyat standartlarından zövq almaqda davam edib. «Üçüncü dünya ölkələri»ndə aclıq və müharibə təsvirlərini görəndə isə, onlar yardım ayırmaqla, xeyriyyə konsertinə getməklə vicdanlarını təmizə çıxarmağa çalışıblar.

«İndi isə qaçqın böhranı avropalılardan tələb edir ki, yüksək xərcli, rahatsız yollarla dəyərləri doğrultsunlar. Bu isə sosial dəyişikliklərə gətirə bilər. Münhen stansiyasında suriyalı qaçqınları qarşılamağa çıxmış kütlənin Avropa öhdəliklərinə tam hörmət qoyacağını göstərdiyini düşünmək adamın qəlbini isindirir. Ancaq bu, həm də təhlükəli sadəlövhlük olardı».

Müəllif yazır ki, hətta Almaniya hökumətinin də qaçqın sayı barədə fərqli düşünməsinin əlamətləri görünür.
«Almaniyanın bütün suriyalıları qəbul etməyə qərar verməsi Türkiyə və Yaxın Şərqdə düşərgələrdə yaşayan milyonlarla qaçqını da Avropaya təhlükəli səfərə çıxmağa həvəsləndirər. Yüz minlərlə əfqan, iraqlı isə yoldadır».

Müəllifin fikrincə, qaçqınların ümidsizliyi və ümidləri avropalı seçicilərin qorxuları ilə toqquşa bilər. AB-nin şərq üzvləri qaçqın kvotasından narazılıqlarını bildiriblər. Son rəy sorğuları sığınacaq qaydalarının hər hansı yumşalmasına qarşı çıxırlar. Avropalı siyasətçilər bu yolla getsələr, haqlı olaraq Avropa dəyərlərinə əməl etməməkdə günahlandırılacaqlar. «Əslində isə onlar dəyərlərin toqquşması ilə üz-üzədirlər. Xanım Merkel deyir ki, Avropa qaçqınları qəbul etməyə mənəvi və hüquqi baxımdan borcludur. Ancaq ölkə siyasətçilərinin də seçicilərinin arzularına hörmət qoymaq kimi mənəvi və hüquqi öhdəliyi var».

Miqrantlar Avstriya-Macarıstan sərhədində.

Miqrantlar Avstriya-Macarıstan sərhədində.

BRİTANİYA DAHA ÇOX QAÇQIN QƏBUL ETMƏLİDİR

Böyük Britaniyanın «The Independent» qəzeti isə yazır ki, ölkə daha çox qaçqın qəbul etməlidir və bunu əslində çoxdan etməliydi.

«Nəhayət ki, aylar sonra baş nazir Suriyadan qaçqınlara kömək öhdəliyi götürdü. Dünyanın ən varlı ölkələrindən olan Britaniya 20 min qaçqını yerləşdirməyə boyun olub. Həmin 20 min nəfər üçün bu, yaxşı xəbərdir, ancaq ölkəsiz qalmış yüz minlərlə qaçqın barədə bunu demək olmaz».

Məqalədə deyilir ki, Livan və İordaniya kimi daha kasıb ölkələr milyonlara sığınacaq verir, Almaniya 20 mindən çox yer ayırır. «Biz isə Avropa Birliyi üzvlərinin yükünü paylaşmağa heç yaxın da düşmürük».

«Üstəlik Avropaya səpələnmiş suriyalı qaçqınlara Britaniyada sığınacaq verilməyəcək. Yerlər Livan və İordaniya düşərgələrində yaşayanlar üçün saxlanacaq. Ancaq Avropanın sərhədinə bu ailələr yaxınlaşıb. Onların sığınacağa bu qədər yaxın olduğu bir vaxtda qadağa qoymaq qüsurlu qərardır».

Miqrantlar Vyana dəmiryol vağzalında.

Miqrantlar Vyana dəmiryol vağzalında.

MİQRANTLARSIZ XƏSTƏXANALAR İŞÇİSİZ QALAR

«Project Syndicate» saytında Ian Buruma yazır ki, Böyük Britaniya etnik baxımdan daha qarışıqdır və Almaniyaya nisbətən daha açıq cəmiyyət sayılır. London Berlin və Frankfurtla müqayisədə daha kosmopolitdir. «Həm də ümumilikdə Britaniya immiqrasiyadan böyük fayda götürüb. Milli Səhiyyə Xidməti də xəbərdarlıq edib ki, daha az miqrant qəbulu faciəvi nəticələrə gətirər, Britaniya xəstəxanaları işçisiz qalar».

«Miqrantların ev sahibi ölkələrə verdiyi fayda göz qabağındadır. İqtisadi miqrantlar daha çox işləyir və yerlilərdən daha az pula razılaşır. Ancaq heç bu da hamının marağında deyil. Ucuz əməyin faydalarını vurğulamaq çoxuna xoş gəlməyə bilər, çünki maaşları kəsilə bilər».

22000-ci ildə Almaniya kansleri Gerhard Schröder 20 min əcnəbi yüksək texnologiya ekspertinə işçi viza vermək istədi, çoxu da Hindistandan idi. Onlar Almaniyaya çox lazım idilər. Ancaq Schröder sərt müxalifətlə üzləşdi. Bir siyasətçi hətta şüar da düzəltmişdi: «Kinder statt Inder» (hindistanlı əvəzinə uşaq). Ancaq almanlar bir sıra varlı dövlətlərin vətəndaşları kimi çox uşaq istəmirlər. Bu ölkələrə gənclik enerjisi, yerlilərin görmək istəmədiyi işləri görən lazımdır. Bu, o demək deyil ki, sərhədlər hamının üzünə açılmalıdır. Merkel-in qaçqınlarla bağlı kvotası iqtisadi qaçqınlara da aid edilməlidir».

Günün bütün mövzuları

XS
SM
MD
LG