Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:57

Hüseynova şəxsiyyət vəsiqəsi vəd edilib


Mehman Hüseynov
Mehman Hüseynov

-

Hazırda İsveçrədə məcburi mühacirətdə olan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun qardaşı, «facebook» fəalı Mehman Hüseynov sentyabrın 9-da ASAN Xidmətdən şəxsiyyət vəsiqəsi ala biləcək.

Bloqqer avqustun 7-də Səbail rayon Polis İdarəsində müstəntiqlə görüşüb və müstəntiq Hüseynova şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı problemin aradan qaldırıldığını bildirib.

Bu barədə Turan-a bloqqer özü məlumat verib.

Mehman Hüseynov sentyabrın 6-da ASAN Xidmətdən şəxsiyyət vəsiqəsi almaq istəyərkən polis tərəfindən bir saat saxlanıb və sonra azad buraxılıb.

2012-ci il iyunun 6-da Hüseynova qarşı xuliqanlıq ittihamı ilə cinayət işi başlanıb. Onun şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu 2014-cü ildə Bakı aeroportunda Tbilisiyə getmək istəyərkən alınıb. Oradan o, polisə aparılıb. Mehman Hüseynov sonradan azad buraxılıb, lakin sənədləri qaytarılmayıb.

Mehman Hüseynov Turan-a bildirib ki, barəsində açılmış cinayət işi hələ də qapadılmayıb.

«Sentyabrın 9-da şəxsiyyət vəsiqəsini aldıqdan sonra, ümumvətəndaşlıq pasportu almaqla bağlı müraciət edəcəyəm. Eyni zamanda, barəmdə qaldırılmış cinayət işinin qapadılması məsələsini danışacağam», - o qeyd edib.

XS
SM
MD
LG