Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:59

-

Avropa Komissiyası Rusiyaya ixracın azalmasından ziyana düşmüş fermerlərə 500 milyon avro təklif etsə, narazılıq səngimir. Yardım sentyabrın 7-də elan olunub. 5 min fermer və min traktor Brüsselə etiraz yürüşü edib. Nəticədə AB-nin Kənd Təsərrüfatı Şurası fövqəladə toplantı keçirməli olub.

Traktorlar Belçika paytaxtı ətrafında nəqliyyatın hərəkətini çətinləşdirib. Butulka və daş atan etirazçılarla polis arasında toqquşma olub. Dörd polis əməkdaşı və azı 2 nümayişçi xəsarət alıb.

Fermerlər 500 milyon avronun onların ziyanını kompensasiya etməyəcəyindən şikayətlənir. Copa fermerlər qrupunun prezidenti Albert Jan Maat deyib ki, Rusiya AB üçün əsas bazardır.

Rusiyanın Ukraynada işğalçı hərəkətlərindən sonra Moskvaya sanksiyalar qoyulub, Rusiya da əvəzində ərzaq qadağaları tətbiq edib. Ərzaq ixracatçılarının 5.5 milyard avro ziyana düşdüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG