Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:19

Qanunsuz miqrantlar qaytarılacaq


Suriyalı miqrantlar Macarıstan sərhədini keçir

Suriyalı miqrantlar Macarıstan sərhədini keçir

-

Azərbaycanda qanunsuz miqrantların ölkələrinə qaytarılması üçün yeni layihəyə start verilir.

Azərbaycanın Dövlət Miqrasiya Xidməti (DMX) Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə pilot layihə həyata keçirəcək. Layihə Azərbaycandakı qanunsuz miqrantların öz ölkələrinə qaytarılmasını nəzərdə tutur.

Bunu Trend-ə eksklüziv açıqlamasında DMX-nin rəis müavini, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev deyib.

Onun sözlərinə görə, Azərbaycandakı qanunsuz miqrantların deportasiyası ilə bağlı layihə Beynəlxalq Miqrasiya Təşkilatı ilə müzakirə edilib və razılaşdırılıb. Onun bir müddət sonra həyata keçirilməsi planlaşdırılır: “Layihənin reallaşması üçün 50 min manat maliyyə vəsaiti tələb olunur. Hazırda maliyyə məsələlərinin həlli üçün müzakirələr aparılır. Bu barədə təşkilatın baş direktoru William Lacy Swing-in ötən həftə Azərbaycana rəsmi səfəri zamanı danışıqlar aparılıb. Maliyyə məsələsi həllini tapandan sonra layihənin 1-2 ay ərzində icrasına başlanılacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG