Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:18

-

Sentyabrın 7-dən 12-dək Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində güləş üzrə dünya çempionatı keçirilir.

Azərbaycan Güləş Federasiyasının məlumatına görə, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Azərbaycanı dünya çempionatında Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.

İlk yarış günündə 75 kq-da mübarizə aparan Elvin Mürsəliyev Meksikadan Juan Angel Escobar, ardınca, Slovakiyadan Jure Kuhar, Rumıniyadan İlie Cojocari üzərində qələbə qazanıb. 1/4 finalda güləşçi Qırğızıstandan Atabek Azizbekov üzərində qələbə qazanmaqla yarımfinala yüksəlib. Bu qələbə həm də Azərbaycana75 kq çəki dərəcəsində Olimpiya lisenziyası qazandırıb.

Yarımfinalda idmançı Rusiya təmsilçisi Roman Vlasova məğlub olsa da, bürünc medal uğrunda həlledici görüşə çıxacaq.

Las Veqasda keçiriləcək Dünya çempionatında 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına ilk lisenziyalar qazanılacaq. Çempionatda yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar Olimpiadaya birbaşa vəsiqə əldə edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG